Almaniyanın "Nürnberq" klubunun İdarə Heyətinin üzvü Joti Çatzialexiu Mahir Emrelinin komandadan hansı şərtlə ayrıla biləcəyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, funksioner bu barədə "Bild" nəşrinə açıqlama verib.
Onun sözlərinə görə, 27 yaşlı hücumçu ilə maraqlanan Cənubi Koreya təmsilçisi "Seul"dan təkmilləşdirilmiş təklif olmayıb:
"Mahirin bəlli qiymətinin olması mənə aydındır. Yalnız bundan sonra həqiqətən dəyişiklik haqqında düşünməyə hazır olacağıq".
İdarə Heyətinin üzvü Emrelinin məşqlərə başladığını da söyləyib:
"Artıq məşqlərdən kənarlaşdırılmayacaq. Mən də onunla bu məsələni müzakirə etmişəm. Biz təzyiq altında deyilik. Cənubi Koreya təmsilçisi bizimlə yenidən əlaqə saxlayacaqmı? Bunu etməsələr, Mahir "Nürnberq" üçün oynamağa davam edəcək və inanıram ki, qollarını da vuracaq".
Qeyd edək ki, Mahir Emreli ötən yay Zaqreb "Dinamo"sundan "Nürnberq"ə keçib.
Bizim.Media
![Mahir Emreli hansı şərtlə klubundan ayrılacaq? - RƏSMİ CAVAB Mahir Emreli hansı şərtlə klubundan ayrılacaq? - RƏSMİ CAVAB](https://bizim.media/file/articles/2025/02/18/1739856254_5305310700178108143.jpg)
- A-
- A
- A+
İdman
09:25 / 18.02.2025
Mahir Emreli hansı şərtlə klubundan ayrılacaq? - RƏSMİ CAVAB
Hazırda oxunan: Mahir Emreli hansı şərtlə klubundan ayrılacaq? - RƏSMİ CAVAB
Hazırda oxunan: Mahir Emreli hansı şərtlə klubundan ayrılacaq? - RƏSMİ CAVAB
235267
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.