“Kəpəz” bu gün “Şamaxı”nı sınağa çəkəcək

“Kəpəz” bu gün “Şamaxı”nı sınağa çəkəcək

Hazırda oxunan: “Kəpəz” bu gün “Şamaxı”nı sınağa çəkəcək

235110

Bu gün Misli Premyer Liqasında XXIII tura yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçı Tovuzda “Kəpəz” və “Şamaxı” komandaları arasında olacaq.

Görüş saat 16:00-da başlayacaq. Hazırda Gəncə təmsilçisi 18 xalla 9-cu, Şamaxının eyniadlı klubu isə 20 xalla 8-cidir.
 

Turun bağlanış oyununda “Səbail” “ASCO Arena”da “Sabah”ı qəbul edəcək. Qarşılaşma saat 19:00-da start götürəcək. 22 turdan sonra “dənizçilər” 16 xalla sonuncu, “bayquşlar” isə 31 xalla 5-ci sırada qərarlaşıb.


Qeyd edək ki, turun əvvəlki görüşlərində "Zirə" səfərdə "Sumqayıt"a 3 cavabsız qolla qalib gəlib, “Turan Tovuz” “Araz-Naxçıvan”ı, “Qarabağ” isə “Neftçi”ni 1:0 hesabı ilə üstələyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO