Türkiyə millisinin üzvü İran klubuna keçə bilər

Türkiyə millisinin üzvü İran klubuna keçə bilər

Hazırda oxunan: Türkiyə millisinin üzvü İran klubuna keçə bilər

235065

Türkiyə millisinin üzvü Okay Yokuşlu yenidən legioner həyatı yaşaya bilər.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi İrana yollanmaq şansına sahibdir.

Belə ki, bu ölkənin iddialı klublarından olan “Persepolis” Yokuşlunu heyətinə qatmağı planlaşdırır. İran klubunun baş məşqçisi İsmayıl Kartal təcrübəli futbolçunu sərəncamında görmək istədiyini özünə bildirib.

Amma hələ ki, tərəflər arasında razılıq əldə edilməyib. Okay “Altay”, “Kayserispor”, “Selta”(Viqo), “Vest Bromviç”, “Xetafe” klublarında oynayıb. Onun “Trabzonspor”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO