“Trabzonspor” erməni futbolçu transfer edir?

“Trabzonspor” erməni futbolçu transfer edir?

Hazırda oxunan: “Trabzonspor” erməni futbolçu transfer edir?

235064

Rusiya mətbuatı Ermənistan millisinin futbolçusu Eduard Spertsyanın “Trabzonspor”a keçəcəyini iddia edirdi.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qaradəniz təmsilçisi bu iddiaların əsassız olduğunu açıqlayıb.

Klubun vitse-prezidenti İbrahim Şahinkaya erməni futbolçu ilə maraqlanmadıqları qısa olaraq bu cür ifadə edib: “Biz Spertsyana görə danışıq aparmamışıq”.

Ermənistan millisinin aparıcı üzvü “Krasnodar”ın yetirməsidir və bu klubla müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO