Qurban Qurbanov: Azlıqda qalanda komandanın xarakteri üzə çıxır

Qurban Qurbanov: Azlıqda qalanda komandanın xarakteri üzə çıxır

Hazırda oxunan: Qurban Qurbanov: Azlıqda qalanda komandanın xarakteri üzə çıxır

235060

“Vacib qalibiyyət əldə etdik. Azlıqda qalanda komandanın xarakteri üzə çıxır”.

Bizim.Media xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XXIII turunun oyunundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis futbolçularını təbrik edib: “Oyunçular uduzmaq istəmirdilər. Yaxşı və baxımlı matç alınıb. “Neftçi”yə uğurlar arzulayıram”.

O, Kevin Medinanın qırmızı vərəqə alması barədə də danışıb: “Bu cür qarşılaşmalarda sərt hərəkət etmək olmaz. Fanatlar da nalayiq ifadələr işlədib, bu da təsir edib. Hamı fikirləşməlidir ki, futbol kollektiv oyunudur. Futbolun digər gözəlliyi də budur. 10 nəfərlə qalibiyyət əldə etdik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO