Slovakiyanın Samorin şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunun ilk yarış günündə Azərbaycan cüdoçuları uğurla çıxış ediblər.
Bizim.Media xəbər verir ki, idmançılar ilk gündə 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.
50 kq çəki dərəcəsində İbrahim Talıbov gümüş, Anar Quliyev bürünc mükafat əldə edib.
55 kq-da final görüşündə Məhəmmədəli Hüsiyev və Rəsul Əlizadə qarşılaşıb. Məhəmmədəli Hüsiyev qızıl, Rəsul Əlizadə isə gümüş medalın sahibi olub.
60 kq-da mübarizə aparan Zeyd Ələsgərov bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
66 kq-da Əli Hümbətov bürünc medal qazanıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
09:20 / 16.02.2025
Cüdoçularımızdan Avropa Kubokunun ilk günündə 6 medal - FOTO
Hazırda oxunan: Cüdoçularımızdan Avropa Kubokunun ilk günündə 6 medal - FOTO
Hazırda oxunan: Cüdoçularımızdan Avropa Kubokunun ilk günündə 6 medal - FOTO
234965
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.