"Çelsi" və "Bavariya" "Atletiko"nun futbolçusu Pablo Barriosunu hədəfləyiblər.
Bizim.Media xəbər verir ki, bu barədə BILD nəşri məlumat yayıb.
Hər iki klub ispaniyalı yarımmüdafiəçi üçün 70 milyon avro ödəməyə hazırdırlar. 21 yaşlı futbolçunun Madrid klubu ilə müqaviləsində isə sərbəst buraxılma məbləği 100 milyon avrodur.
Qeyd edək ki, Pablo Barriosu bu mövsüm "Atletiko"nun heyətində 24 matça çıxaraq 2 qolun ötürməsini edib. Onun klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Bizim.Media

- A-
- A
- A+
İdman
03:43 / 16.02.2025
"Çelsi" və "Bavariya" onu hədəflədilər
Hazırda oxunan: "Çelsi" və "Bavariya" onu hədəflədilər
Hazırda oxunan: "Çelsi" və "Bavariya" onu hədəflədilər
234914
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.