«Fənərbağça”nın futbolçusu MLS klubuna keçir

«Fənərbağça”nın futbolçusu MLS klubuna keçir

Hazırda oxunan: «Fənərbağça”nın futbolçusu MLS klubuna keçir

234913

"Fənərbağça"nın futbolçusu Cengiz Ünder karyerasını ABŞ-da davam etdirəcək.

Bizim.Media xəbər verir ki, "Los Anceles" türk vingeri icarəyə götürəmə yaxındır. Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

MLS təmsilçisi Cengizi 1,2 milyon avro qarşılığında bir mövsümlük icarəyə götürəcək. Futbolçunun maaşını iki klub birlikdə ödəyəcək. "Los Anceles" 27 yaşlı ön xətt oyunçusunu birdəfəlik transfer etmək hüququna malikdir.

Qeyd edək ki, "Fənərbağça" Cengiz Ünderi 2023-cü ilin yayında "Marsel"dən transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm İspanbul təmsilçisinin heyətində 9 rəsmi matçda meydana çıxıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO