Azərbaycan atleti Rüstəm Məmmədov Serbiyanın paytaxtı Belqrad şəhərində qapalı məkanda keçirilən Balkan çempionatında qızıl medal qazanıb.
Azərbaycan Atletika Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, üç təkanla tullanma növündə mübarizə aparan idmançı 16,3 metr məsafə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O, 9 ölkədən 12 idmançının mübarizə apardığı yarışda bütün rəqiblərini qabaqlayıb.
Xatırladaq ki, sonuncu dəfə Azərbaycan idmançılarından Nazim Babayev 2020-ci ildə qapalı məkanda Balkan çempionatının qalibi olmuşdu.
Yarışda Azərbaycan 6 idmançı ilə təmsil olunur.
Bizim.Media
![Atletimiz Serbiyada QIZIL MEDAL qazandı Atletimiz Serbiyada QIZIL MEDAL qazandı](https://bizim.media/file/articles/2025/02/15/1739628273_5296373173882842830.jpg)
- A-
- A
- A+
İdman
17:53 / 15.02.2025
Atletimiz Serbiyada QIZIL MEDAL qazandı
Hazırda oxunan: Atletimiz Serbiyada QIZIL MEDAL qazandı
Hazırda oxunan: Atletimiz Serbiyada QIZIL MEDAL qazandı
234904
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.