“Beşiktaş”ın futbolçusu Rusiya klubuna KEÇİR

“Beşiktaş”ın futbolçusu Rusiya klubuna KEÇİR

Hazırda oxunan: “Beşiktaş”ın futbolçusu Rusiya klubuna KEÇİR

234888

"Beşiktaş"ın portuqaliyalı futbolçusu Jedson Fernandeş "Spartak"a (Moskva) keçməyə razılıq verib.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiya klubu oyunçuya ildə 4 milyon avro məvacib təklif edib.

"Spartak" 26 yaşlı yarımmüdafiəçi üçün 25 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, J.Fernandeş 2022-ci ilin yayından "Beşiktaş"da çıxış edir. O, komandanın heyətində müxtəlif turnirlərdə 114 oyun keçirib, 14 qola və 15 məhsuldar ötürməyə imza atıb.

Fernandeş "Beşiktaş"ın heyətində Türkiyə Kuboku və Super Kubokunu qazanıb.

"Spartak" Rusiya Premyer Liqasının turnir cədvəlində 18 turdan sonra 37 xalla üçüncü pillədə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO