"Real"ın baş məşqçisi Karlo Ançelotti futbolçusu Cud Bellingemdən danışıb.
Bizim.Media insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, o deyib:
"Cud Bellingem növbəti illərdə "Real"ın kapitanı ola bilər. Onun şəxsiyyəti, xarakteri və yüksən düşüncə tərzi var. O, indi və gələcəkdə lider ola bilər. Buna şübhə yoxdur. Bellingem çox gəncdir, amma "Real" üçün uzun illər vacib oyunçu olacaq. Mən buna 100 faiz əminəm".
Qeyd edək ki, Cud Bellingem bu mövsüm "Real"ın heyətində 32 oyuna çıxaraq 11 qol vurub və 10 qolun ötürməsini edib. Onun klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.
Bizim.Media
!["Bellingem növbəti illərdə "Real"ın kapitanı ola bilər" "Bellingem növbəti illərdə "Real"ın kapitanı ola bilər"](https://bizim.media/file/articles/2025/02/15/1739563434_5296303951894933959.jpg)
- A-
- A
- A+
İdman
23:57 / 14.02.2025
"Bellingem növbəti illərdə "Real"ın kapitanı ola bilər"
Hazırda oxunan: "Bellingem növbəti illərdə "Real"ın kapitanı ola bilər"
Hazırda oxunan: "Bellingem növbəti illərdə "Real"ın kapitanı ola bilər"
234825
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.