“Kəpəz” sponsor tapıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Klubumuzun inkişafının gücləndirilməsi məqsədi ilə aparılan danışıqlar müsbət nəticələnib və razılıq əldə olunub. Hazırda müəyyən prosedurlar çərçivəsində sənədləşmə işləri aparılır. Bu məsələ həllini tapdıqdan sonra ictimaiyyətə və mediaya əlavə informasiya veriləcək”, - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, “Kəpəz”in rəhbərliyi uzun müddət idi ki, sponsorluq üçün danışıqlar aparırdı.
Bizim.Media