Daha bir futbolçu “Qarabağ”dan GEDİR

Daha bir futbolçu “Qarabağ”dan GEDİR

Hazırda oxunan: Daha bir futbolçu “Qarabağ”dan GEDİR

234650

"Qarabağ"dan ayrılacağı qətiləşən növbəti futbolçunun adına aydınlıq gəlib.

Bizim.Media xəbər verir ki, Ağdam klubu Olavio Juninyo, Julio Romao və Riçard Almeydadan sonra Marko Veşoviç ilə vidalaşmağı qərarlaşdırıb.

"Köhlən atlar" artıq bu barədə müdafiəçini məlumatlandırıb. Bildirilib ki, onun yayda başa çatacaq müqaviləsi yenilənməyəcək.
 

Monteneqro yığmasının üzvünə indidən özünə yeni komanda tapmaq tapşırılıb. 34 yaşlı cinah oyunçusuna icazə verilib ki, real müştərisi olarsa, onunla danışıqlar aparılsın.

2021-ci ildə ölkəmizə Polşadan gələn «Legiya»nın sabiq kapitanı 1 ilə yaxındır əsas heyətdə yerini itirib. Buna səbəb xroniki zədələrdən əziyyət çəkməsidir.
 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO