Şahmat üzrə Azərbaycan çempionatında final oyunlarına bu gün start veriləcək.
Bizim.Media xəbər verir ki, həlledici raundda Şəhriyar Məmmədyarovla Rauf Məmmədov üz-üzə gələcəklər.
Üçüncü yer uğrunda qarşılaşmada Teymur Rəcəbovla Misrətdin İskəndərov görüşəcəklər.
Qadınlarda isə Gövhər Beydullayeva ilə Günay Məmmədzadə finalda münasibətlərə aydınlıq gətirəcəklər. Ülviyyə Fətəliyeva ilə Gülnar Məmmədova üçüncü yer uğrunda mübarizə aparacaqlar.
Bu cütlər arasında ikinci partiyalar fevralın 14-də baş tutacaq.
Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.
Bizim.Media