Azərbaycan çempionatlarında 21-ci ƏSRİN REKORDU

Azərbaycan çempionatlarında 21-ci ƏSRİN REKORDU

Hazırda oxunan: Azərbaycan çempionatlarında 21-ci ƏSRİN REKORDU

234386

Misli Premyer Liqasının XXII turunda “Səbail”lə qarşılaşan “Qarabağ” ev oyununda 5:0 hesablı qələbə qazanıb.

Bizim.Media xəbər verir ki, 75 dəqiqəsi qolsuz bitən görüşdəki bütün qollar hakimin final fitinə 15 dəqiqə qalandan sonraya təsadüf edib.

Qurban Qurbanovun yetirmələri bununla da Azərbaycan çempionatları tarixində XXI əsrin rekorduna imza atıb. “Qarabağ” 5 və ya daha çox qol vurduğu görüşdə hesabı ən gec açan komanda olub. Ağdam təmsilçisi ilk topu 76-cı dəqiqədə vursa da, matçın sonunadək “5”ə çatıb.
Bunadək əsrin rekordu “Qəbələ”yə məxsus idi. “Qırmızı-qaralar” 2021/22 mövsümündə “Səbail”lə qarşılaşmada 65-ci dəqiqədə hesabı açdıqdan sonra 5:0 hesabı ilə qalib gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO