İOEUG Gimnastika Məktəbi, Tredu platforması ilə əməkdaşlıq çərçivəsində yeni bir addım atır.
Bizim.Media xəbər verir ki, İOEUG Gimnastika Məktəbi "Sea Breeze Resort" ərazisində yerləşən “Landau School”da, gimnastika üzrə təcrübəli məşqçimiz tərəfindən keçirilən məşqlər başlayır.
Həftədə iki dəfə – 1-ci və 4-cü günlər, saat 16:00-da təşkil olunacaq bu məşqlər, uşaqlarınızın fiziki bacarıqlarını inkişaf etdirmək, özünəinamlarını artırmaq və idmanla bağlı daha sağlam vərdişlər qazandırmaq üçün əvəzsiz bir fürsətdir.
Tredu platforması vasitəsilə məşqlərə qatılmaq son dərəcə asandır. Valideynlər, uşaqlarını Tredu tətbiqinə daxil olaraq asanlıqla qeydiyyatdan keçirə bilərlər.
Biz, Gimnastika Məktəbi olaraq, hər bir uşağın öz potensialını maksimum dərəcədə inkişaf etdirmək və onları idman sahəsində yeni zirvələrə çatdırmaq üçün çalışırıq. İnanırıq ki, bu məşqlər uşaqlarınız üçün həm əyləncəli, həm də faydalı olacaq.
Qeydiyyat üçün Tredu tətbiqinə daxil olmağı unutmayın.
Bizim.Media
![İOEUG Gimnastika Məktəbi “Landau School”da məşqlərə START VERİR İOEUG Gimnastika Məktəbi “Landau School”da məşqlərə START VERİR](https://bizim.media/file/articles/2025/02/12/1739348341_11.jpg)
- A-
- A
- A+
İdman
12:16 / 12.02.2025
İOEUG Gimnastika Məktəbi “Landau School”da məşqlərə START VERİR
Hazırda oxunan: İOEUG Gimnastika Məktəbi “Landau School”da məşqlərə START VERİR
Hazırda oxunan: İOEUG Gimnastika Məktəbi “Landau School”da məşqlərə START VERİR
234379
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.