Çempionlar Liqasında pley-off mərhələsinin ilk matçları keçirilib - VİDEO

Çempionlar Liqasında pley-off mərhələsinin ilk matçları keçirilib - VİDEO

Hazırda oxunan: Çempionlar Liqasında pley-off mərhələsinin ilk matçları keçirilib - VİDEO

234330

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin matçlarına start verilib.

Bizim.Media xəbər verir ki, günün ilk matçı Fransada "Brest" və PSJ komandaları arasında olub. Qarşılaşma Paris klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Gecənin ən prinsipial oyunu İngiltərədə reallaşıb. "Mançester Siti" turnirin son qalibi olan İspaniya "Real Madrid"ini qəbul edib. Oyun 2:3 hesabı ilə yekunlaşıb.

Digər görüşlərdə Niderlandın PSV klubu İtaliyada "Yuventus"un (2:1), Almaniyanın "Borussiya Dortmund" komandası isə Portuqaliyada "Sportinq"in (3:0) qonağı olub.

Bu raundun digər 4 oyunu fevralın 12-də keçiriləcək. Cavab görüşləri isə fevralın 18-19-da olacaq.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO