“Qarabağ”dan ayrılan Almeyda karyerasını BU ÖLKƏDƏ davam etdirəcək

“Qarabağ”dan ayrılan Almeyda karyerasını BU ÖLKƏDƏ davam etdirəcək

Hazırda oxunan: “Qarabağ”dan ayrılan Almeyda karyerasını BU ÖLKƏDƏ davam etdirəcək

234313

"Gedişim ani olmadı, neçə vaxtdır bu barədə düşünürdüm. Bəzən elə anlar gəlir ki, qərar verməli olursan. Hamı "Qarabağ"a, Qurban müəllimə olan sevgimi bilir".

Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ"dan ayrılan Riçard Almeyda jurnalistlərə açıqlamasında deyib.

35 yaşlı yarımmüdafiəçi bildirib ki, karyerasının son dövrünü vətənində keçirmək istəyir:

"Həyat yoldaşımla düşündük, qərara gəldik ki, Braziliyaya qayıdaq. Artıq həyatda yeni səhifə açmaq lazımdır. Braziliyada cəmi 4 oyun keçirmişəm. Daha sonra uzun müddət Portuqaliyada, Azərbaycanda çıxış etmişəm. Qərar qəbul etdim ki, öz vətənimdə də futbolun dadına baxım. Kim bilir, bəlkə bir gün məşqçi kimi Azərbaycana qayıtdım".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO