Lunyov Qarabağı buna görə TƏRK EDİB – Özündən AÇIQLAMA

Lunyov Qarabağı buna görə TƏRK EDİB – Özündən AÇIQLAMA

Hazırda oxunan: Lunyov Qarabağı buna görə TƏRK EDİB – Özündən AÇIQLAMA

234217

“Qarabağ” mənə qalmağı təklif edirdi”.

Bizim.Media xəbər verir ki, bunu “Qarabağ”ın sabiq qapıçısı Andrey Lunyov deyib.

Hazırda Moskva “Dinamo”sunda çıxış edən rusiyalı qolkiper sport24.ru saytına müsahibəsində Azərbaycan çempionundan ayrılmasının səbəbini açıqlayıb:

“Məni orada hər şey qane edirdi. Bakı super şəhərdir, çox rahatdır. Mən orda sevinc hissi ilə qalardım. Oğlumun bu il beş yaşı tamam oldu, məktəbə az qalıb, hazırlıqlar başlayır. Artıq daimi yaşayış yeri haqqında qərar vermək lazım olduğu vaxt idi. Ona görə də doğma Moskvaya qayıtdım. Burada uşağın inkişafı üçün imkanlar xeyli çoxdur”.

Lunyov “Bayer”dən “Qarabağ”a keçidini də xatırlayıb:

“Almaniyada oynayanda Türkiyədən də variantlar var idi. Amma həmin vaxt “Bayer” rəhbərliyi mənə güvəndiklərini və buraxmaq istəmədiklərini dedi. Nəticədə yaxşı forma yığdım. Sonradan bir neçə dəfə zədələndim. Başa düşürdüm ki, nələrisə dəyişmək lazımdır. Yayda müqaviləm başa çatdı və “Qarabağ”a keçdim”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO