Bu gün şahmat üzrə Azərbaycan çempionatının yarımfinal mərhələsində cavab oyunları keçiriləcək.
Bizim.Media xəbər verir ki, kişilərin yarışında Şəhriyar Məmmədyarov dünən qara fiqurlarla Misrəddin İsgəndərovu məğlub edib.
İndi finala çıxmaq üçün tanınmış şahmatçını heç-heçə də qane edir.
Digər yarımfinal cütlüyündə isə Teymur Rəcəbov və Rauf Məmmədov mübarizə aparır. İlk oyunda onlar bərabərə qalıblar.
Qadınların yarışında yarımfinalda Günay Məmmədzadə dünən uduzduğu Gülnar Məmmədovadan məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
Digər qarşılaşmada Gövhər Beydullayeva və Ülviyyə Fətəliyeva qüvvələrini sınayacaqlar.
Onların ilk oyunu heç-heçə nəticələnib.
Bizim.Media
![Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov final uğrunda mübarizə aparacaq Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov final uğrunda mübarizə aparacaq](https://bizim.media/file/articles/2025/02/11/1739260908_5285536919855425308.jpg)
- A-
- A
- A+
İdman
12:06 / 11.02.2025
Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov final uğrunda mübarizə aparacaq
Hazırda oxunan: Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov final uğrunda mübarizə aparacaq
Hazırda oxunan: Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov final uğrunda mübarizə aparacaq
234203
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.