Münhenqladbax "Borussiya"sının yarımmmüdafiəçisi Florian Noyhaus karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, "Beşiktaş" alman futbolçunu heyətinə qatmağa yaxındır. Bu barədə yerli mətbuat məlumat yayıb.
İstanbul nəhənginin 27 yaşlı yarımmüdafiəçinin icarəyə götürülməsi ilə bağlı onun klubu ilə razılıq əldə etdiyi bildirilir.
Qeyd edək ki, "Borussiya" Florian Noyhausu 2018-ci ilin yayında "Fortuna"dan transfer edib. Almaniya millisinin sabiq üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
![“Beşiktaş” almaniyalı futbolçu ilə danışıq aparır “Beşiktaş” almaniyalı futbolçu ilə danışıq aparır](https://bizim.media/file/articles/2025/02/11/1739219222_1.jpg)
- A-
- A
- A+
İdman
03:42 / 11.02.2025
“Beşiktaş” almaniyalı futbolçu ilə danışıq aparır
Hazırda oxunan: “Beşiktaş” almaniyalı futbolçu ilə danışıq aparır
Hazırda oxunan: “Beşiktaş” almaniyalı futbolçu ilə danışıq aparır
234159
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.