Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsi BAŞLAYIR

Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsi BAŞLAYIR

Hazırda oxunan: Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsi BAŞLAYIR

234021

Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinə bu gün start veriləcək.

Bizim.Media xəbər verir ki, kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov Misrətdin İskəndərovla, Teymur Rəcəbov Rauf Məmmədovla üz-üzə gələcək.
 

Qadınlarda isə Günay Məmmədzadə Gülnar Məmmədova ilə, Ülviyyə Fətəliyeva Gövhər Beydullayeva ilə görüşəcək.


Ötən gün tay-breykdə Teymur Rəcəbov Vüqar Əsədlini, Rauf Məmmədov Əhməd Əhmədzadəni üstələyib. Ş.Məmmədyarov və M.İskəndərov daha əvvəl yarımfinala vəsiqəni
təmin ediblər.

Qadınlardan Günay Məmmədzadə tay-breykdə Səbinə İbrahimovaya, Gülnar Məmmədova Xanım Balacayevaya, Gövhər Beydullayeva isə Türkan Məmmədyarovaya qalib gəlib.

Ü.Fətəliyeva daha əvvəl bu raundda iştirakını təmin edib.

Azərbaycan çempionatı

Yarımfinal mərhələsi

Kişilər

Şəhriyar Məmmədyarov - Misrətdin İskəndərov

Rauf Məmmədov - Teymur Rəcəbov

Qadınlar

Günay Məmmədzadə - Gülnar Məmmədov

Ülviyyə Fətəliyeva - Gövhər Beydullayeva

Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO