“Şamaxı” bu gün “Sumqayıt”ı qəbul edəcək

“Şamaxı” bu gün “Sumqayıt”ı qəbul edəcək

Hazırda oxunan: “Şamaxı” bu gün “Sumqayıt”ı qəbul edəcək

233912

Misli Premyer Liqasında XXII tura bu gün, iki oyunla start veriləcək.

Bizim.Media xəbər verir ki,  əvvəlcə “Şamaxı” evdə “Sumqayıt”ı qəbul edəcək.

Şamaxı şəhər stadionunda keçiriləcək görüş saat 14:30-da başlayacaq. “Sumqayıt” hazırda turnir cədvəlində 22 xalla 6-cı pillədədir. 17 xala malik “Şamaxı” isə doqquzuncudur.

Günün son matçı “Bank Respublika Arena”da “Sabah”la “Turan Tovuz” arasında baş tutacaq. İnqilab Məmmədovun idarəçilik edəcəyi görüşün start fiti saat 17:00-da səsləndiriləcək. 36 xala malik “Turan Tovuz” hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Sabah” isə 28 xalla altıncıdır.

Qeyd edək ki, turun digər görüşləri fevralın 10-da və 11-də keçiriləcək.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO