"Neftçi" qış üçün növbəti transferini gerçəkləşdirib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Ağ-qaralar" heyətlərini Bassala Sambu ilə gücləndiriblər. Seneqal əsilli ingiltərəli hücumçunun son klubu Kiprin "Paralimni"si olub. 9 nömrəli formanı geyinəcək 27 yaşlı futbolçu ilə 1,5 illik müqavilə bağlanıb.
Karyerasına İngiltərədə başlayan Sambu “Koventri” klubunun yetirməsidir. O, 2017-ci və 2019-cu illərdə “Everton”la 23 yaşadək futbolçular arasında keçirilən İngiltərə Premyer Liqasının çempionu olub. Ölkə xaricində 2021-ci ildə icarə əsasında oynadığı “Randers”lə Danimarka kubokunu qazanıb. O, bu mövsüm 21 matça çıxaraq 5 qol vurub və 1 qolun ötürməsini edib.
Qeyd edək ki, daha öncə "Neftçi" Ryonosuke Ohori və Ervin Camalovu transfer edib.
Bizim.Media
!["Neftçi"dən növbəti transfer - Rəsmi "Neftçi"dən növbəti transfer - Rəsmi](https://bizim.media/file/articles/2025/02/08/1739028225_5278500629553213926.jpg)
- A-
- A
- A+
İdman
19:24 / 08.02.2025
"Neftçi"dən növbəti transfer - Rəsmi
Hazırda oxunan: "Neftçi"dən növbəti transfer - Rəsmi
Hazırda oxunan: "Neftçi"dən növbəti transfer - Rəsmi
233867
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.