"Barselona"nın keçmiş müdafiəçisi Jerar Pike "Real"ın La Liqanın hakimlərindən şikayət etməsi haqda danışıb.
Bizim.Media xəbər verir ki, Madrid təmsilçisi İspaniya Kral Futbol Federasiyasına (RFEF) La Liqanın 22-ci turunun "Espanyol"la matçında (0:1) hakimin işi ilə bağlı rəsmi şikayət ərizəsi təqdim edib.
Pike isə bu haqda öz fikirlərini bölüşüb. O, "kral klubu"nu tənqid edib:
“Biz bu hekayəni əvvəllər milyon dəfə yaşamışıq. 120 ildir ki, belədir. Bu kimi şoular "Real"ın üslubudur. Qalib gələ bilməyəndə bütün mexanizmlərdən, mediadan istifadə edərək diqqəti başqa yerə yönəldirlər. Bundan əziyyət çəkən ancaq daha çox təzyiq altında qalan hakimlər olacaq”.
Bizim.Media
![Pikedən "Real"a tənqidi sözlər Pikedən "Real"a tənqidi sözlər](https://bizim.media/file/articles/2025/02/08/1739019454_5276248829739527102.jpg)
- A-
- A
- A+
İdman
17:00 / 08.02.2025
Pikedən "Real"a tənqidi sözlər
Hazırda oxunan: Pikedən "Real"a tənqidi sözlər
Hazırda oxunan: Pikedən "Real"a tənqidi sözlər
233851
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.