Bu gün La Liqada 23-cü turun oyunları davam etdiriləcək.
Bizim.Media xəbər verir ki, turun mərkəzi qarşılaşması Madriddə keçiriləcək.
“Santyaqo Bernabeu” stadionunda keçiriləcək derbidə çempionluq uğrunda mübarizə aparan paytaxt təmsilçiləri “Real”la “Atletiko” üz-üzə gələcək. Turnir cədvəlində onları cəmi 1 xal ayırır.
Oyun Bakı vaxtı ilə bu gecə saat 00:00-da başlanacaq.
Qeyd edək ki, 22 oyundan sonra “Real” 49 xalla 1-ci, “Atletiko” isə 48 xalla 2-ci yeri tutur. 3-cü pillədəki “Barselona”nın isə 22 matçdan 45 xalı var.
Bizim.Media
![Avropa futbolunun diqqəti BU OYUNDA Avropa futbolunun diqqəti BU OYUNDA](https://bizim.media/file/articles/2025/02/08/1739017623_5276248829739527059.jpg)
- A-
- A
- A+
İdman
16:25 / 08.02.2025
Avropa futbolunun diqqəti BU OYUNDA
Hazırda oxunan: Avropa futbolunun diqqəti BU OYUNDA
Hazırda oxunan: Avropa futbolunun diqqəti BU OYUNDA
233847
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.