"Real"dan Vinisiusa TƏKLİF

"Real"dan Vinisiusa TƏKLİF

Hazırda oxunan: "Real"dan Vinisiusa TƏKLİF

233775

"Real"ın nümayəndələri futbolçu Vinisius Juniyorun agentləri ilə görüş keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə "Relevo" nəşri məlumat yayıb.

Görüş braziliyalı vingerə edilən yeni müqavilə təklifi ilə bağlı olub. Madrid təmsilçisi 24 yaşlı oyunçuya verə biləcək maaşı bildirib. Lakin futbolçunun agentləri bununla razı olmayıblar və onun daha çoxuna layiq olduğunu çatdırıblar.

Qeyd olunur ki, "Real" danışıqlar asan olmayacağını bilir. Buna səbəb Vinisiusa Səudiyyə Ərəbistan klublarından gələn daha böyük təkliflərdir. Lakin Kral klubu futbolçunun maaşını həddən artıq şişirtmək niyyətində deyil.

Vinisiusun "Real"la müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO