La Liqanın prezidenti: "Real"dakılar dəli olublar"

La Liqanın prezidenti: "Real"dakılar dəli olublar"

Hazırda oxunan: La Liqanın prezidenti: "Real"dakılar dəli olublar"

233610

La Liqanın prezidenti Xavyer Tebas "Real"ın hakimliklə bağlı bəyanatına reaksiya verib.

Bizim.Media xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

O deyib: "Real" turnirə zərər vurmaq istəyir. Bu klub bir hekayə qurub. Yaxınlarda dərc olunan bəyanatla isə bunun həddini aşdılar. Onlar özlərini qurban kimi göstərirlər, lakin bu, reallığa uyğun deyil. Onlar istintaqda olan Neqreyra işini səhv analiz edirlər. Hakimlərə ödənişlərin edilməsi sübut olunmayıb. "Real" bildirir ki, “hakimliyin qurbanıdır”. Amma bu, böyüdülüb və yersizdir. Fikrimcə, məqsəd turnirə zərər verməkdir. Bəyanatın mətninə əsasən, turnir əvvəldən axıra qədər düzgün deyil. Onlar dəli olublar".

Qeyd edək ki, daha öncə "Real" öz saytında matçlarda onlara qarşı yaranan hakimlik səhvlərinin epizodlarını paylaşıb. Bu yaxınlarda isə Madrid təmsilçisi Kral İspaniya Futbol Federasiyasına göndərilən rəsmi bəyanatda hakimliklə bağlı şikayətini çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO