“Tək Salifuya yox, bir neçə futbolçumuza təkliflər var. Rəsmi də var, rəsmi olmayan, maraqlananlar da”.
Bizim.Media xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov bu gün jurnalistlərə açıqlamasında deyib.
O, qvineyalı futbolçusu Salifu Sumaya gələn təkliflər barədə sualla cavabında həmçinin deyib:
“Təkliflərin hansı klubdan olduğu açıqlamayacağam. Amma rəsmi təklif də gəlib. Biz də Salifu ilə söhbət etdik, müqaviləsini artırdıq. Onun və bizim xeyrimizə olan qərar qəbul etdik. Klubumuz hər zaman təklifə açıqdır. Vacib olan odur ki, bizdən gedən oyunçu irəli getsin, inkişaf etsin. Təkliflər futbolun bir hissəsidir. Hələ ki, Suma bizimlədir. Ola bilər, yayda da qalar komandada. Ola bilər, indi ciddi təklif olar, həm bizim, həm də onun özü üçün götür-qoy edərik”.
Bizim.Media
- A-
- A
- A+
İdman
19:55 / 06.02.2025
“Zirə”nin baş məşqçisi təsdiqlədi: “Təkliflər var”
Hazırda oxunan: “Zirə”nin baş məşqçisi təsdiqlədi: “Təkliflər var”
Hazırda oxunan: “Zirə”nin baş məşqçisi təsdiqlədi: “Təkliflər var”
233579
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.