"Araz-Naxçıvan" "Zirə"yə QALİB GƏLDİ

"Araz-Naxçıvan" "Zirə"yə QALİB GƏLDİ

Hazırda oxunan: "Araz-Naxçıvan" "Zirə"yə QALİB GƏLDİ

233571

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, 2-ci oyun günündə 2 matçdan 1-i keçirilib.

Əvvəlcə "Araz-Naxçıvan" "Zirə" ilə qarşılaşıb. Görüş naxçıvanlıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu komandalar arasında cavab oyunu fevralın 28-də oynanılacaq.

Bu günün digər matçında isə "Qarabağ" "Səbail"in qonağı olacaq.

Qeyd edək ki, ötən gün "Sabah" "Sumqayıt"la 0:0 hesablı heç-heçə edib. "Neftçi" isə "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib.

Azərbaycan kuboku

1/4 finalın ilk oyunları

6 fevral (cümə axşamı)

16:00. “Araz-Naxçıvan” – “Zirə” - 1:0

Qol: Bernardo Diaş, 61 - pen.

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Əli Əliyev, Nicat İsmayıllı (VAR), Rəhman İmami (AVAR)

"Liv Bona Dea Arena"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO