"Qarabağ" bu gün 1/4 finalda ilk oyununa çıxacaq

"Qarabağ" bu gün 1/4 finalda ilk oyununa çıxacaq

Hazırda oxunan: "Qarabağ" bu gün 1/4 finalda ilk oyununa çıxacaq

233457

"Qarabağ" futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində ilk oyununu bu gün keçirəcək.

Bizim.Media xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv "Səbail"in qonağı olacaq.

Qarşılaşma saat 18:30-da start götürəcək.


Günün ilk görüşündə "Araz-Naxçıvan" və "Zirə" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Matç saat 16:00-da başlayacaq.


Bu cütlərdə cavab oyunları müvafiq olaraq fevralın 27-si və 28-də təşkil olunacaq.

Qeyd edək ki, ötən gün "Neftçi" səfərdə "Kəpəz"i iki cavabsız qolla üstələyib. "Sabah" - "Sumqayıt" matçında isə hesab açılmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO