Könüllülər Tokio Olimpiadasına qatılmadı - SƏBƏB

Könüllülər Tokio Olimpiadasına qatılmadı - SƏBƏB

Hazırda oxunan: Könüllülər Tokio Olimpiadasına qatılmadı - SƏBƏB

23329

İyunun 3-dək olan son məlumatlara görə, Yaponiyada 10 minədək könüllü Tokio Olimpiadasına qatılmaqdan imtina edib.

Bizim.Media xəbər verir ki, bu barədə Tokio Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsi məlumat yayıb.

Bildirilir ki, həmin şəxslər ümumi sayı 80 minə çatan könüllülərin bir hissəsidir.

Qeyd edilir ki, könüllülərin dəstəni tərk etməsinə fevralda, həmin vaxt təşkilat komitəsinin sədri vəzifəsində olan Yoşiro Morinin qadınlar haqqında səsləndirdiyi alçaldıcı ifadədən sonra başlanılıb.

Hətta, Y. Mori istefa verdikdən sonra belə müxtəlif faktorları əsas gətirən könüllülər dəstəni tərk etməkdə davam ediblər. Həmin faktorlar sırasında koronavirusa yoluxma təhlükəsi və fərdi fəaliyyətlə bağlı məsələlər göstərilir.

Təşkilat Komitəsinin baş direktoru Toşiro Muto bildirib ki, onun fikrincə bəzi şəxslər könüllülər dəstəsini şəxsi işləri ilə bağlı tərk ediblər.

Bununla yanaşı, T.Muto qeyd edib ki, çoxlu sayda insanın dəstəni tərk etməsi, bəzi könüllülər həm Olimpiya, həm də Paralimpiya Oyunlarına qatılacağına görə ümumi işdə problem yaratmayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO