Medina da “Qarabağ”dan gedir?

Medina da “Qarabağ”dan gedir?

Hazırda oxunan: Medina da “Qarabağ”dan gedir?

233270

“Qarabağ”ın daha bir futbolçusu xarici klubların maraq dairəsindədir.

Bizim.Media xəbər verir ki, müdafiəçi Kevin Medina da tezliklə komandanı tərk edə bilər. 

Juninyo Olavionu Braziliya klubu “Flamenqo”ya satan, Yassin Benzianı isə Qətər təmsilçisi “Umm-Salal”a göndərməyə hazırlaşan Ağdam təmsilçisinin kolumbiyalı müdafiəçi ilə yollarını ayırması da istisna deyil.

Bir neçə sərfəli təklifi olan 31 yaşlı mərkəz müdafiəçisi özü də ayrılmaqda maraqlıdır.
 

Medinanın “Qarabağ”la müqavilə müddəti mövsümün sonuna qədərdir. Kolumbiyalı arxa xətt oyunçusu yeni sözləşməyə razılıq verməsə, ağdamlılar onu satmalı olacaq. Çünki əks təqdirdə Medina yayda azad agent kimi komandanı tərk edəcək. 


Qeyd edək ki, Kevin Medina 2020-ci ildən “Qarabağ”ın formasını geyinir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO