Mariya Stadnikə VƏZİFƏ VERİLDİ

Mariya Stadnikə VƏZİFƏ VERİLDİ

Hazırda oxunan: Mariya Stadnikə VƏZİFƏ VERİLDİ

233041

Karyerasını başa vuran Mariya Stadnik Azərbaycan Güləş Federasiyasında (AGF) qadın güləşi üzrə koordinator vəzifəsinə təyin edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə AGF-nin mətbuat xidməti məlumat yayıb. 

O, bundan sonra funksioner kimi fəaliyyət göstərəcək və zəngin təcrübəsini qadın güləşinin inkişafı yolunda istifadə edəcək. 

Qeyd edək ki, Mariya Stadnik dünən karyerasını başa vurduğunu açıqlayıb. O, İkiqat dünya və onqat Avropa çempionudur. Bundan əlavə, Mariya Stadnik Yay Olimpiya Oyunlarında iki gümüş və iki bürünc mükafat əldə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO