Şahmatçımız beynəlxalq turnirdə 2-ci yeri tutdu

Şahmatçımız beynəlxalq turnirdə 2-ci yeri tutdu

Hazırda oxunan: Şahmatçımız beynəlxalq turnirdə 2-ci yeri tutdu

232934

Niderlandın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə "Tata Steel Chess" turnirinə yekun vurulub.

Bizim.Media xəbər verir ki, yarışın “Challengers” turnirində çıxış edən Aydın Süleymanlı XIII turda Rumınıya təmsilçisi İrina Bulmaqanı məğlub edib. 
 

13 turdan sonra 9,5 xal toplayan A.Süleymanlı yekun nəticədə Tay Day Van Nquenlə (Çexiya) birlikdə 1-2-ci yerləri bölüşüb. Eyni xala malik olmasına baxmayaraq, 19 yaşlı azərbaycanlı şahmatçı əlavə göstəricilərə görə ikinci yeri tutub.


Qeyd edək ki, Aydın Süleymanlı turnir ərzində 7 qələbə qazanıb, 5 partiyada heç-heçəyə razılaşıb və cəmi bir oyunda məğlub olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO