"Barselona" Reşford transferindən daşındı

"Barselona" Reşford transferindən daşındı

Hazırda oxunan: "Barselona" Reşford transferindən daşındı

232721

"Barselona" "Mançester Yunayted"in futbolçusu Markus Reşfordun transferindən danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Relevo" nəşri məlumat yayıb.

Transferin reallaşması üçün Kataloniya klubu hər hansı futbolçusu ilə yollarını ayırmalıdır. Buna səbəb La Liqanın maliyyə feyr-pley qaydalarıdır. Hazırda isə klubdan getmək istəyən futbolçular yoxdur.

Qeyd edək ki, Markus Reşford bu mövsüm "Mançester Yunayted"in heyətində 24 oyuna çıxaraq 7 qol vurub və 3 qolun ötürməsini edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO