"Leypziq" PSJ-dən icarəyə götürdüyü Xavi Simonsla bağlı qərar verib.
Bizim.Media xəbər verir ki, Almaniya klubu niderlandlı futbolçunun transfer hüququna yiələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Leypziq" Simons üçün PSJ-yə 50 milyon avro təzminat ödəyib. 21 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Leypziq" Xavi Simonsu 2023-cü ilin yayında PSJ-dən icarəyə götürmüşdü. Niderland millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
20:43 / 30.01.2025
Almaniya klubundan 50 milyonluq TRANSFER
Hazırda oxunan: Almaniya klubundan 50 milyonluq TRANSFER
Hazırda oxunan: Almaniya klubundan 50 milyonluq TRANSFER
232522
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.