“Bayer” argentinalı futbolçu TRANSFER ETDİ

“Bayer” argentinalı futbolçu TRANSFER ETDİ

Hazırda oxunan: “Bayer” argentinalı futbolçu TRANSFER ETDİ

232377

Almaniyanın "Bayer" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Bizim.Media xəbər verir ki, Leverkuzen təmsilçisi "Aston Villa"dan Emiliano Buendiyanı icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 

Argentinalı hücumameyilli yarımmüdafiəçi mövsümün ikinci yarısını "Bayer"in heyətində keçirəcək. Almaniya çempionu 20 milyon avro ödəməklə 28 yaşlı ön xətt oyunçusunun transfer hüququna yiələnə bilər.


Qeyd edək ki, "Aton Villa" Emiliano Buendiyanı 2021-ci ilin yayında "Norviç"dən transfer edib. Argentina millisinə də dəvət almış təcrübəli oyunçu bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 3 qol vurub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO