Basketbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir görüşü reallaşıb.
Bizim.Media xəbər verir ki, ikinci oyun günündə “Gəncə” “Ordu” kollektivi ilə qarşılaşıb.
Qarşılaşma qərb təmsilçisinin 81:62 hesablı qələbəsi ilə yekunlaşıb. Halil Atlının yetirmələri 1/4 finalda “Sərhədçi” ilə üz-üzə gələcək. Günün ikinci duelində “Sumqayıt” “Neftçi” ilə münasibətlərinə aydınlıq gətirəcək.
Matç saat 19:00-da start götürəcək. Ötən gün “Abşeron” “Quba”nı (96:94), NTD “Lənkəran”ı (87:73) məğlub edib. “Naxçıvan”, “Sabah”, “Sərhədçi” və “Şəki” komandaları mübarizəyə 1/4 finaldan start verəcəklər.
Rəşad Rafiqoğlu, Bizim.Media