Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun hücumçusu Neymar karyerasını Braziliya təmsilçisi "Santos"da davam etdirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat paylaşıb.
Tərəflərin şifahi razılığa gəldiyi və müqavilənin bu həftə imzalanacağı bildirilib.
Daha əvvəl 32 yaşlı ön xətt oyunçusunun "Santos"da çıxış etmək üçün maaşının əhəmiyyətli dərəcədə azaldılmasına razılq verdiyi də bildirilirdi. Futbolçu Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsinin başa çatmasına təxminən yarım il qalmasına baxmayaraq, artıq bu ay ölkəsinə qayıtmaq niyyətindədir.
Qeyd edək ki, braziliyalı futbolçu 2024-cü ildə zədə səbəbindən “Əl-Hilal”da cəmi iki oyuna çıxıb və 42 dəqiqə meydanda olub. Bununla yanaşı, hücumçunun illik qazancı 101 milyon avro təşkil edib.
Bizim.Media