Transfer çalışmalarını davam etdirən “Neftçi” FKSB-nin futbolçusu ilə maraqlanır.
Bizim.Media xəbər verir ki, “ağ-qaralar” həftəiçi Avropa Liqasının 7-ci turunun “Qarabağ” – FKSB görüşü üçün Bakıya gəlmiş və həmin görüşə sonradan meydana daxil olmuş Daniel Popanı transfer etmək istəyir.
Artıq tərəflər arasında danışıqlara start verilib. “Neftçi” əsas mərkəz hücumçusu kimi məhz Popaya etimad göstərmək istəyir.
Əgər maliyyə şərtlərində razılıq əldə olunarsa, Popa “transfer pəncərəsi”nin sonuna qədər “Neftçi”yə keçəcək və karyerasına Bakı klubunda davam edəcək. 29 yaşlı hücumçu karyerası ərzində “Kindiya”, “Dinamo”(Buxarest), “Botoşani”, “Tedjon Xana”(Cənubi Koreya), “Universitatya Kluj” komandalarında oynayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
16:17 / 25.01.2025
“Neftçi” Rumıniya klubunun üzvü ilə DANIŞIQ APARIR
Hazırda oxunan: “Neftçi” Rumıniya klubunun üzvü ilə DANIŞIQ APARIR
Hazırda oxunan: “Neftçi” Rumıniya klubunun üzvü ilə DANIŞIQ APARIR
231679
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.