"Əl-Hilal"ın futbolçusu Neymar "Santos"a keçməyə yaxındır.
Bizim.Media xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb.
Səudiyyə Ərəbistan və Braziliya klubları arasında danışıqlar sona çatır. Hər iki tərəf sövdələşməyə müsbət yanaşır. "Santos"un 32 yaşlı braziliyalı hücumçunu 2025-ci ilin yayına qədər icarəyə götürəcəyi gözlənilir.
Qeyd edək ki, bu mövsüm "Əl-Hilal"ın heyətində 2 matça çıxıb. O, 2013-cü ildə "Barselona"ya keçməzdən əvvəl "Santos"da çıxış edib.
Bizim.Media