"Bavariya"nın futbolçusu Yozua Kimmix karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, "Real" alman yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
"Real" yayda "Bavariya" ilə müqaviləsi başa çatan Kimmixi pulsuz rənglərinə bağlamağı planlaşdırır. "Kral klubu" 29 yaşlı orta xətt oyunçusu ilə ilkin danışıqlara başlayıb.
Qeyd edək ki, "Bavariya" Yozua Kimmixi 2015-ci ilin yayında "Ştutqart"dan transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 1 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
21:09 / 24.01.2025
“Real” bu futbolçu ilə danışıqlara BAŞLADI
Hazırda oxunan: “Real” bu futbolçu ilə danışıqlara BAŞLADI
Hazırda oxunan: “Real” bu futbolçu ilə danışıqlara BAŞLADI
231591
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.