Cokoviç Alkarasa qalib gəldi

Cokoviç Alkarasa qalib gəldi

Hazırda oxunan: Cokoviç Alkarasa qalib gəldi

231104

Australian Open-2025-də ilk yarımfinalçılar bəlli olub.

Bizim.Media xəbər verir ki, Novak Cokoviç 1/4 finalda Karlos Alkarasa qalib gəlib.

"Böyük Dəbilqə" yarışlarının 24 qat qalibi olan serbiyalı tennisçi 4 setdə rəqibindən güclü olub (4:6, 6:4, 6:3, 6:4). Novak karyerasında bu qəbildən turnirlədə 50-ci dəfə yarımfinala vəsiqə qazanıb. Digər cütdə isə Aleksandr Zverev (Almaniya) Tommi Polu (ABŞ) məğlub edib - 3:1 (7:6 (7:1), 7:6 (7:0), 2:6, 6:1.)

Qadınların mübarizəsində isə Arina Sabalenka titulu qorumaq yolunda növbəti addımı atıb.
 

Belaruslu raketka ustası rusiyalı Anastasiya Pavlyuçenkoya 2:1 hesabı ilə qalib gəlib (6:2, 2:6, 6:3). Amerikalı Koko Qauff isə gözlənilmədən ispaniyalı Paula Badosaya uduzub - 0:2 (5:7, 4:6). Paula ilk dəfə "Böyük Dəbilqə"də yarımfinalda oyanayacaq.


Qeyd edək ki, sabah turnirdə növbəti 1/4 final matçları keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO