"Mançester Siti" "Barselona"da çıxış edən Rafinyanı transfer etmək istəyir.
Bizim.Media xəbər verir ki, Premyer Liqa klubunun baş məşqçisi Pep Qvardiola braziliyalı vingerin oyununu bəyənir.
O, rəhbərlikdən 28 yaşlı futbolçunun transferini tələb edib.
Bu keçid o qədər də asan görünmür. İspaniya nəhəngi komandanın əsas oyunçusuna çevrilmiş Rafinya üçün 100 milyon avro tələb edəcək.
Qeyd edək ki, "Barselona" Rafinyanı 2022-ci ilin yayında "Lids Yunayted"dən transfer edib.
Braziliya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 20 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media