"Fənərbağça"nın sabiq baş məşqçisi İsmail Kartal İranda çalışacaq.
Bizim.Media xəbər verir ki, türk mütəxəssis "Persepolis"lə anlaşıb. Bu barədə İran mətbuatı məlumat yayıb.
63 yaşlı məşqçi Tehrana gedib yeni klubu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, İsmail Kartal ötən mövsüm "Fənərbağça"nı çalışdırıb. İstanbul təmsilçisi onun rəhbərliyi altında 2023/2024 mövsümündə Super Liqanı 99 xalla 2-ci pillədə bitirib. Mövsüm bitdikdən sonra təcrübəli mütəxəssislə yollar ayrılıb.
Rəşad Rafiqoğlu, Bizim.Media