"Əl-Hilal"In üzvü Neymar ölkəsinə qayıda bilər.
Bizim.Media xəbər verir ki, "Santos" braziliyalı vingeri heyətinə qatmaq istəyir. Bu barədə "Globo" nəşri məlumat yayıb.
Braziliya klubu ulduz futbolçunu 6 aylıq icarəyə götürməyə çalışır. "Santos" bunun üçün Ərəbistanı klubu ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Neymar 2023-cü ilin yayında PSJ-dən "Əl-Hilal"a keçib. 32 yaşlı oyunçu uzun müddət zədəli olub. Təcrübəli futbolçu komandanın heyətində 7 rəsmi matçda meydana çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Braziliya millisinin üzvü "Santos"un yetirməsidir.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
22:08 / 18.01.2025
Braziliya klubu Neymarla bağlı danışıqlara BAŞLADI
Hazırda oxunan: Braziliya klubu Neymarla bağlı danışıqlara BAŞLADI
Hazırda oxunan: Braziliya klubu Neymarla bağlı danışıqlara BAŞLADI
230646
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.