“Qalatasaray”dan gözlənilməz XAL İTKİSİ

“Qalatasaray”dan gözlənilməz XAL İTKİSİ

Hazırda oxunan: “Qalatasaray”dan gözlənilməz XAL İTKİSİ

230536

Türkiyə Superliqasında 19-cu tura start verilib.

Bizim.Media xəbər verir ki, turun açılış matçında lider “Qalatasaray” “Hatayspor”un qonağı olub.

Autsayderdən biri ilə matçda İstanbul təmsilçisi gözlənilmədən xal itirib. Oyun heç-heçə başa çatıb - 1:1.

Hesabı 28-ci dəqiqədə meydan sahiblərindən Cemali Sertel açıb. 56-cı dəqiqədə Viktor Osimhen penaltidən cavab qolunu vurub.

Hazırda “Qalatasaray” 19 oyundan 51 xalla liderliyini qoruyur. İkinci pillədəki “Fənərbaxça”nın 18 matçdan 42 xalı var.

“Hatayspor” 19 komanda arasında 19 oyundan 10 xalla 18-ci yeri tutur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO