Türkiyənin "Beşiktaş" klubunda yeni müqavilə qeydə alınıb.
Bizim.Media xəbər verir ki, İstanbul nəhəngi qapıçı Mert Günokun sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türk qolkiperin mövsümün sonunda başa çatan müqaviləsi 2+1 illik uzadılıb.
Qeyd edək ki, "Beşiktaş" Mert Günoku 2021-ci ilin avqust ayında "Başakşehir"dən transfer edib.
Türkiyə millisinin üzvü olan 35 yaşlı qapıçı bu mövsüm "qara qartallar"ın heyətində 24 rəsmi matçda iştirak edib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
22:23 / 17.01.2025
“Beşiktaş” qapıçısı ilə müqaviləni UZATDI
Hazırda oxunan: “Beşiktaş” qapıçısı ilə müqaviləni UZATDI
Hazırda oxunan: “Beşiktaş” qapıçısı ilə müqaviləni UZATDI
230522
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.