"Arsenal"ın futbolçusu Qabriel Jesus mövsümün sonuna qədər yaşıl meydanlardan uzaq qalacaq.
Bizim.Media xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı braziliyalı hücumçu ölkə kuboku çərçivəsində "Mançester Yunayted"lə matçda (1:1, pen. 3:5) zədələnib. Tibbi müayinədən sonra onun çarpaz bağının qopmasından əziyyət çəkdiyi bəlli olub.
Qeyd olunur ki, "Arsenal"ın baş məşqçisi Mikel Arteta artıq transfer bazarında hücumçu axtarışındadır.
Bizim.Media